Nazir Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb

image-img_3037backend

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb.

newsbaku.az xəbər verir ki, nazir bu barədə özünün “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib:

“Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi kimi məsələləri müzakirə etdik”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki