Mirça Luçeskunun komandası məğlub oldu, özü isə adını futbol tarixinə yazdırdı

image-img_3005backend

Rumıniyalı mütəxəssis Mirça Luçesku futbol tarixində millidə çalışan ən yaşlı baş məşqçi olub.

newsbaku.az xəbər verir ki, bu, ötən gün paytaxt Buxarestdə keçirilən Kanada ilə yoldaşlıq matçında qeydə alınıb.

Oyun zamanı məşqçi 80 il 1 ay və 7 günlüyündə olub.

Beləliklə M.Luçesku millidə çalışan ən yaşlı baş məşqçi adına sahib çıxıb. Əvvəlki rekord uruqvaylı Roke Maspoliyə məxsus idi. O, 1997-ci ildə Uruqvay millisini çalışdırarkən 80 il 1 ay və 4 günlüyündə olub.

Qeyd edək ki, Rumıniya – Kanada görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki