Ağcabədidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

image-4xdgzm3hrg6jbqfg7qwhzl54yncekvolm3nbcdfm_1200backend

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var.

newsbaku.azoxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, VAZ-21011 markalı maşınla toqquşub.

Qəza zamanı VAZ-da olan sərnişin – 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü – 1965-ci il təvəllüdlü Filman Xuduyev müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki