Əfsanəvi basketbolçu 18 yaşlı güləşçi qıza maşın hədiyyə etdi

image-ft4kxdzo9w93msnsmud6hbhkbthk5awi5e5siwi1_1200backend

Basketbol Şöhrət Zalının üzvü, dördqat NBA çempionu, hazırda analitik və ekspert kimi çalışan Şakil O’Nil 18 yaşlı güləşçi Tamara Hamfrisə avtomobil hədiyyə edib.

newsbaku.az “SkySports”a istinadən xəbər verir ki, əfsanəvi basketbolçu gənc idmançının nəqliyyat vasitəsi olmadığı üçün bəzi məşq və yarışları qaçırdığını öyrənib və kömək etmək qərarına gəlib.

Hamfris sosial şəbəkədəki səhifəsində bununla əlaqədar yazıb.

“Mən məşq etməyə çətinlik çəkirdim, uzaq olduğuna görə turnirləri qaçırırdım. İndi Şakil O’Nil 2025-ci il “Mitsubishi Outlander” maşınını mənə hədiyyə edib. Şak, təşəkkür edirəm. Əgər mənə güvənməyə davam etsəniz, sizi təəssüfləndirməyəcəyəm”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki