Rusiya XİN AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı sığorta ödənişlərinin edildiyini açıqlayıb

image-j1xrciapxkc6sylpjmuhwmjerntohqsyemmfdmhp_1200backend

“Əslində Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması manipulyasiya və həqiqətlərin təhrifidir”.

newsbaku.az xəbər verir ki, bu fikirlər Musavat.com-un Rusiya XİN-in 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən sığorta vəsaitinin ödənilməsi barədə yaydığı məlumata şərhində bildirilib:

“Sözügedən ödənişlər AZAL təyyarəsinin qəzasına görə Rusiya dövlətinin verdiyi kompensasiya deyil, sərnişinlərin fərdi sığorta müqavilələri əsasında ödənilən məbləğlərdir. Fakt odur ki, Rusiya qəzanın məsuliyyətini qəbul etməyib və birbaşa faciə üzrə kompensasiya ödəməyib. Yəni ödənişlərin qaynağı sərnişinlərin şəxsi, təyyarənin isə korporativ sığortasıdır. Buna görə də Rusiya XİN-in “1 milyardlıq sığorta ödənişi” açıqlaması sadəcə saxta görüntü yaratmaq və məsuliyyəti gizlətmək məqsədi daşıyır. Ekspertlər bunu Kremlin tipik informasiya təbliğatı kimi qiymətləndirir, faciədən siyasi məqsədlərlə istifadə etmək və ictimai rəyi çaşdırmaq cəhdi adlandırırlar”,- deyə əlavə edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki