“Yeni Çağ” 18 yaşını qeyd edir

image-8ac6kcn9orxihyt1izn6tbcyw3uspza0o0i12eot_1200backend

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 18 yaşı tamam olur.

Belə ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

Yenicag.az Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv qaydada oxuculara çatdırır.

newsbaku.az kollektivi bu əlamətdar günlə əlaqədar həmkarlarını təbrik edir, onlara yaradıcılıq uğurları və rifah arzulayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki