ABŞ-nin Tennessi ştatında ölüm cəzasına məhkum olunmuş Bayron Blek edam zamanı ağrıdan qışqıraraq, əzablar içində dünyasını dəyişib. Səbəb isə onun bədənindəki defibrillyator cihazının söndürülməməsi olub.
newsbaku.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
69 yaşlı Blek sevgilisini və onun iki azyaşlı (6 və 9 yaşlı) qızını qətlə yetirdiyi üçün ölüm cəzasına məhkum edilmişdi. O, Neşvill şəhərində yerləşən Riverbend yüksək təhlükəsizlikli həbsxanada ölümcül inyeksiya vasitəsilə edam olunub.
newsbaku.az