İranın Qum şəhərində yaşayış binasında partlayış olub, yaralananlar var

image-iranbackend

İranın Qum şəhərində Pardisan yaşayış kompleksində güclü partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

newsbaku.az İran KİV-inə istinadən xəbər verir ki, bu barədə Qum bələdiyyəsinin Yanğın Təhlükəsizliyi Xidmətindən bildirilib .

Məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.

Bildirilib ki, hadisə yerinə xilasetmə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım xidmətləri cəlb edilb.

Qum şəhərinin Yanğın Xidmətinin məlumatına görə, Pardisanda yaşayış komplekslərindən birində partlayış yerində hələ ki ölən yoxdur. Hadisənin səbəbi araşdırılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki