İtaliyanın qadınlar liqasının təmsilçilərindən olan “Komo” heyətini məşhur isveçrəli futbolçu Aişa Lemann ilə gücləndirib.
newsbaku.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti paylaşım edib.
25 yaşlı hücumçu bundan əvvəl İtaliyanın “Yuventus” klubunda çıxış edirdi. O, həmçinin İsveçrə millisinin aparıcı oyunçularından biridir.
Sürətli hücumları və texnikası ilə seçilən Lemannın yeni mövsümdə “Komo”nun hücum xəttinə böyük töfhə verməsi gözlənilir.
Qeyd edək ki, Aişa Lemann peşəkar karyerası ərzində “Vest Hem”, “Aston Villa” və “Everton” kimi klublarda da forma geyinib.
newsbaku.az