Canluici Donnarummanı PSJ-dən kim göndərib?

image-izobrazhenie_2025-08-13_121711834backend

PSJ-nin baş məşqçisi Luis Enrike yerli mətbuata verdiyi açıqlamada Canluici Donnarummanın komandadan ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

newsbaku.az xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA Superkubokunun iştirak ərizəsinə Donnarummanı əlavə etməməsinin səbəbini izah edib.

“Donnarummanın UEFA Superkubokunun heyətinə daxil edilməməsini mən istəmişəm. Həmin mövqedə fərqli profildə bir futbolçu görmək istəyirdim. Canluici dünyanın ən yaxşı qapıçılarından biridir, lakin bu, mənim qərarımdır”, – deyə o bildirib.

Xatırladaq ki, İtaliya millisinin üzvü artıq PSJ ilə yolları ayırıb.

Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də çıxış edirdi.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki