Qəhrəman “Komando”

image-whatsapp-image-2025-08-13-at-15-42-09backend

2003-cü il, 13 avqust. Tovuz rayonunun Dondar Quşçu kəndində Nicat Qasımlı dünyaya gəlir. Orta təhsilinə Sabunçu rayon 311 saylı tam orta məktəbdə başlayan Nicat, 2018-2022-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsilini tamamlayır.

Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Qusar rayonundakı N saylı hərbi hissədə dörd ay Xüsusi Təyinatlı Qüvvələrin komando təlimi kursunda olub, hərbi biliklərə yiyələnir. Bu təlim onun sonrakı xidmətində mühüm rol oynamışdır.

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olur. Elə həmin gün doğulduğu kəndə, Dondar Quşçuya gətirilir. 20 sentyabr izdihamlı şəkildə Dondar Quşçu kənd məzarlığında dəfn edilir.

Kişilik dərsi keçən, döyüş ruhunu heç bir vaxt itirməyən Nicat, şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.

Vətən canından keçən qəhrəmanlarını unutmur, hər zaman onların xatirəsinə diqqət və ailələrinə hörmətlə yanaşır!

Paşa Nuru

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki