“Qarabağ”ın potensial rəqibləri sülhə razılaşdılar

image-img_2822backend

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibləri olan Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” komandaları ilk görüşdə qolsuz heç-heçə ediblər.

newsbaku.az xəbər verir ki, oyun Bolqarıstanın Razqrad şəhərində keçirilib

Qeyd edək ki, əgər “Qarabağ” Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı məğlub edərsə, bu cütün qalibi ilə qarşılaşacaq. Əks halda, təmsilçimiz “Çempionlar Liqası” ilə vidalaşaraq, Avropa Liqasında bu cütün məğlubu ilə oynayacaq.

Qeyd edək ki, “Qarabağ” “Şkendiya” ilə ilk oyunda səfərdə minimal hesablı (0:1) qələbə qazanıb. Cavab matçı 12 avqustda Bakıdakı Tofiq Bəhramov adına stadionunda baş tutacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki