Ukraynada silahlı şəxs “McDonald’s”a hücum edib

image-1200-1backend

Ukraynanın Çerkassı şəhərində silahlı şəxs “McDonald’s” restoranına hücum edib və atışma səsləri eşidilib.

Bu barədə newsbaku.az TSN.ua-ya istinadən xəbər verir.

Nəşrin həmsöhbətlərinin dediyinə görə, atəş açan şəxsin içəri soxulduğu məkandan ziyarətçilər təxliyə ediliblər.

“Yaralı kişi elə hücum edən şəxsin özüdür. O, özünü yaralayıb. Onunla danışıqlar aparmaq üçün həyat yoldaşı gətirilib. Onun tələblərinin nə olduğu hələlik məlum deyil”, – deyə o bildirib.

Daha sonra atəş açan şəxsin 1992-ci il təvəllüdlü Boyarşinov adlı yerli sakin olduğu müəyyən edilib. Müdafiə Qüvvələrindəki mənbələrin verdiyi məlumata görə, o, naməlum silahdan atəş açan hərbçidir. O, hazırda xəstəxanadadır.

“Bu adam özünü tualetə qapadıb və özünə xəsarət yetirib. Hazırda xəstəxanaya yerləşdirilib”, – deyə hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.

Ondan başqa heç kim zərər görməyib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki