Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı necə alındı? – Ankaradan REPORTAJ

image-darbebackend

Türkiyə… 2016-cı ilin 15 iyulu… Məhz bu tarixdə Türkiyə və türk xalqının həyatında dönüş nöqtəsi oldu, çünki dövlət çevrilişinə cəhd türk xalqının qətiyyətli müqaviməti nəticəsində dəf edildi. Dövlət qurumlarını və xalqı hədəf alan bu qiyam cəhdi zamanı 251 vətəndaş şəhid, 2733 vətəndaş isə qazi oldu.

Həmin gecədə baş verən hadisələrin, türk xalqının göstərdiyi qəhrəmanlığın, azadlıq və demokratiyaya sədaqətin gələcək nəsillər tərəfindən unudulmamasını təmin etmək üçün paytaxt Ankarada 15 İyul – Demokratiya Muzeyi inşa edilib. Muzeydə dövlət çevrilişinə cəhdin dəqiq izah edilməsi üçün ətraflı məlumat verilir.

Muzeydə “Türkiyə və dünyada çevrilişlər”, “Bir güllənin təhdidi”, “qaranlığa atılmaq”, “ən uzun gecə”, “iz qoyanlar”, “Səla”, “Şəhidlərə hörmət” və “demokratiya növbətçiləri” adlı hər hadisəyə uyğun səkkiz tematik zal mövcuddur. Bu zallarda 15 iyul gecəsində yaşanan hadisələr, türk xalqının qiyamçılarla mübarizəsi, çevrilişə gedən yolda aparılan hazırlıqlar barədə məlumatlar verilir. Muzey 65 640 kvadratmetr sahəyə malikdir. Ziyarətçilər muzeydən çıxdıqdan sonra açıq sərgi sahəsi kimi nəzərdə tutulan 15 İyul Şəhidlər Abidəsinə çata bilirlər.

Biz də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşəbbüsü ilə təşkil olunan 15 İyul – Demokratiya və Milli Birlik Günü çərçivəsində Ankaradakı 15 İyul muzeyini ziyarət etdik. Lakin bu səfər adi bir muzey gəzintisindən daha artıq idi, çünki həmin gecənin əzab-əziyyəti, xalqın mübarizəsi və şəhidlik zirvəsinə yüksələn insanların xatirəsi gəzintinin hər anında bizi müşayiət edirdi. Çünki 15 İyul muzeyi təkcə bir sərgi mərkəzi deyil, həm də kollektiv bir milli yaddaşdır.

Muzeyin memarlığı belə bu mənanı daşıyır. Torpağın altında inşa edilən bu kompleks “Demokratiya növbətçiləri” salonunun günbəzi ilə yer səthinə çıxır. Sanki bu dizayn xalqın mübarizə əzmi ilə zülmətdən işığa çıxmasını təmsil edir. Ümumilikdə isə muzeydə səkkiz əsas tematik zal mövcuddur ki, bu barədə yuxarıda məlumat vermişik.

Muzeyin hər zalında insan fərqli bir hiss yaşayır. Bir növ həmin günə canlı şahidlik edirsən. “Ən uzun gecə” zalınsəda tank səsləri eşidilir, “Səla” zalında həmin gecə oxunan dualar, Quran ayələri, minarələrdən ucalan səslər səni həmin tarixi anlara aparır. “Şəhidlərə hörmət” bölməsi səssiz-səmirsiz bir ziyarətgah kimidir, sadəcə adlar, şəkillər və şəxsi əşyalar… Burada hər şey danışır, amma sükutla, dinmədən…

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Muzeyin direktoru Ali Haydar Atalar açıqlamasında bildirib ki, xalqın milli müstəqilliyə və demokratiyaya sahib çıxması FETÖ-nün qanunsuz fəaliyyətinə və xəyanətinə əsl cavab idi:

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki