Suriyanın Əs-Süveyda əyalətində ərəb qəbilələrinin silahlıları ilə druz yaraqlıları arasında baş verən toqquşmalarda azı 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
newsbaku.az “Al Watan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
Bəyanatda bildirilir ki, Əs-Süveydada vəziyyəti nəzarət altına götürmək üçün Suriya hakimiyyəti ölkənin cənubuna xüsusi təhlükəsizlik qüvvələri göndərib.
Suriya Daxili İşlər Nazirliyi Əs-Süveyda əhalisini münaqişəni tez bir zamanda dayandırmaq və asayişi bərpa etmək üçün hakimiyyətlə əməkdaşlıq etməyə çağırıb.
newsbaku.az