Qusarda ana doğuşdan sonra ölüb

image-imagebackend

Qusar rayonunda ana doğuşdan sonra ölüb.

newsbaku.az “Report”a istinadla xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, qeysəriyyə əməliyyatından sonra komaya düşən Y.Ospatova ötən gün xəstəxanada vəfat edib.

Y.Ospatovanın dünyaya gətirdiyi qız uşağının vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu, onun ikinci hamiləliyi olub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki