Peşə təhsili almaq istəyən şəxslər üçün qəbul tarixi açıqlandı

image-ptttttttttttttttttttttbackend

“İyulun 22-dən avqustun 11-nə kimi peşə təhsili almaq istəyən şəxslər üçün qəbul aparılacaq”.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, peşə təhsili almaq istəyən şəxslər Portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər:

“Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum beş ixtisas üzrə seçim etmək imkanı yaradılır”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki