Başqırdıstanda 30 metrlik qayadan çaya yıxılan turist sağ qalıb

backend

Başqırdıstanda (Rusiya) turist 30 metrlik qayadan çaya düşüb, lakin üzərək özünü mağaraya çatdırıb və orada xilasediciləri gözləyib.

newsbaku.az-ın xəbərinə görə, bu barədə “Mash Batash” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, hadisə Burzyanski rayonunda baş verib. 42 yaşlı kişi Belaya çayına yıxılıb, yaraları olsa da, təkbaşına Şulqan-Taş mağarasına qədər üzüb.

Hadisə yerinə gələn xilasedicilər onu yerli xəstəxanaya çatdırıblar.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki