Mingəçevirdə qıza görə dava: 30 yaşlı kişi ürəyindən bıçaqlandı

image-izobrazhenie_2025-08-13_111023288backend

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

newsbaku.az Oxu.az-a istinadən məlumat verir ki, hadisə avqustun 13-ü saat 1 radələrində Mingəçevir şəhəri Nizami küçəsində baş verib.

2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəhər ərazisində bir xanıma sevgi mesajı yazıb. Bundan həmin xanımın qohumu 1995-ci il təvəllüdlü İbrahim Tahiri xəbər tutub və o, R.Məmmədovla görüşərək mübahisə edib. Mübahisə nəticəsində R.Məmmədov İ.Tahirini ürəyindən bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, əməli törədən R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki