Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid dəfn olunacaq.
newsbaku.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhid hərbçi Məzahir Kərimov Xalıq oğludur.
Onun nəşinin qalıqları iyulun 18-i Xaçmaz rayonu Usta Cəlili kənd qəbiristanlığında dəfn olunacaq.
newsbaku.az