Mingəçevir şəhərində sərxoş kişi Kür çayında boğulub.
newsbaku.az-ın məlumatına görə, hadisə iyulun 29-da saat 23 radələrində Kür çayının şəhər ərazisindən keçən hissəsində baş verib. Mingəçevir sakini, 1969-cu il təvəllüdlü Fikrət Yusifov sərxoş vəziyyətdə Kür çayına yıxılıb. Köməksiz vəziyyətdə qalan F.Yusifov boğulub ölüb.
F.Yusifovun meyiti sudan çıxarılıb.
newsbaku.az