Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.
Fövqaladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinə 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.
newsbaku.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat verib. Hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.
Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
newsbaku.az