Fransanın dənizaşırı əraziləri olan Fransız Polineziyası və Markiz adalarında sunami xəbərdarlığı edilib.
newsbaku.az-ın “İz.ru” “Telegram” kanalına istinadən xəbərinə görə, bu barədə Fransanın Dənizaşırı Ərazilər Nazirliyi “X” səhifəsində məlumat verib.
“Paris vaxtı ilə saat 12:30-da (Bakı vaxtı ilə 14:30-da – red.) hündürlüyü iki metrdən çox olan dalğalar gözlənilir. Silahlı qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirilib, bəzi ərazilərdə təxliyə aparılır”, – deyə nazirliyin məlumatında bildirilib.
newsbaku.az