Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracı artırır

image-648952168a861648952168a8621686721046648952168a85f648952168a860backend

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracı 2024-cü ildəki 1.4 milyon tondan 2025-ci ildə 1.7 milyon tona çatdırmağı planlaşdırır.

newsbaku.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov mətbuat konfransında deyib.

“İxracın artırılması artıq 2025-ci ilə planlaşdırılır. Əgər keçən il biz bu istiqamətdə 1.4 milyon ton nəql etmişiksə, 2025-ci ildə təxminən 1.7 milyon ton nəql etməyi planlaşdırırıq”, – deyə Akkenjenov kəmərlə neft tədarükünə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin ilk altı ayı ərzində Qazaxıstan bu marşrutla 800 min ton neft nəql edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki