2026-cı ildə keçiriləcək dünya çempionatının püşkatma mərasiminin vaxtı bəlli oldu

image-1200-1backend

2026-cı ildə ABŞ, Kanada və Meksikada baş tutacaq futbol üzrə dünya çempionatının püşkatma mərasimi Las-Veqasda olacaq.

newsbaku.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Mərasimin dekabrın 5-də baş tutacağı bildirilir.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mundialda ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki