“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq

image-1200-1backend

“Neftçi”nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda ilk oyununu keçirəcək.

newsbaku.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin “Fomqet” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçı isveçli Hanna Layanen idarə edəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, IV qrup

Saat 20:00, “Fomqet” (Türkiyə) – “Neftçi”

Baş hakim: Hanna Layanen (İsveç).

Tirana. “House of Football Natural Pitch” stadionu.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki