Luis Dias rəsmən “Bavariya”da

image-1200-1backend

Almaniyanın “Bavariya” klubu İngiltərə təmsilçisi “Liverpul”un hücumçusu Luis Diasın transferini açıqlayıb.

newsbaku.az xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu Münxen klubu ilə dördillik müqavilə imzalayıb.

Transfer məbləğinin 75 milyon avro olduğu bildirilir.

Luis Dias 2024/25 mövsümündə “Liverpul”un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki