UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) matçına satılan biletlərin sayı açıqlanıb
newsbaku.az Oxu.az-a verdiyi məlumata görə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VIP C və VIP D sektorlarına bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri, “iTicket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.
Qeyd edək ki, “Qarabağ” – “Şelburn” matçı iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək. Xatırladaq ki, iyulun 23-də İrlandiyada baş tutmuş ilk görüş “Qarabağ”ın 0:3 hesablı qələbəsi ilə başa çatıb.
newsbaku.az