Astarada 55 yaşlı qadın qətlə yetirildi – Gəlini şübhəli bilinir

image-izobrazhenie_2025-07-30_112316397backend

İyulun 29-da gecə saatlarında Astaranın Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirildiyi məlum olub.

newsbaku.az  xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən, X.Manafovanın gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

Qeyd edilib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. İlkin məlumatlara görə, mübahisə zamanı R.İmanova qayınanasını kəsici alətlə qətlə yetirib.

Astara rayonunda qadın xəstəxanada vəfat edib.

newsbaku.az xəbər verir ki, hadisə rayonun Kakalos kəndində baş verib.

Belə ki, həmin kənd sakini, 55 yaşlı Xalidə Manafova kəsilmiş xəsarətlə Astara Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin başvermə səbəbi və şəraiti araşdırılır.

Meyit müayinə olunması üçün morqa təhvil verilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki