Ağdam Füzuli avtomobil yolunda 20 nəfərin xəsarət almasıyla bağlı yaralılara tibbi yardım üçün Ağdam Təcili yardım stansiyasının 7 təcili yardım briqadası cəlb edilib.
newsbaku.az “Report”-a istinadən xəbər verir ki, baş verən qəza zamanı yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün hazırda həkim briqadalar çalışırlar.
Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
newsbaku.az