Dünən saat 18:30-da yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
newsbaku.az xəbər verir ki, İSUZU, “Mercedes-Benz” və KIA markalı nəqliyyat vasitələri toqquşublar.
Qəza nəticəsində “Mercedes-Benz”in sürücüsü Nigar Abdullayeva və avtomobildə olan iki sərnişin xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az