Xaçmazda bıçaqlanma hadisəsi baş verib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin ehtimallara görə, şəhər sakini Fərhad Teymur oğlu Əliyev mübahisə zəminində tanışı Mehrab Məmmədağa oğlu Əskərovu küçədə bıçaqlayıb.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
newsbaku.az