Red Bull Dance Your Style Milli Finalının qalibi bəlli oldu!

image-whatsapp-image-2025-08-15-at-14-09-51backend

9 avqust 2025-ci il tarixində Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan Red Bull Dance Your Style Milli Finalında qalib adını Xəyal Amrullazadə (Zico Firestar) qazandı. O, 6–11 oktyabr tarixlərində Los-Ancelesdə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

newsbaku.az xəbər verir ki, Milli Final mərhələsində ölkənin ən istedadlı 16 rəqqası improvizasiya əsasında keçirilən “battle”larda bir-biri ilə yarışdı. Ritm və yaradıcılıqla dolu gecə tamaşaçıların böyük marağına səbəb oldu. Tədbirin xüsusi qonaqları – Orxan Zeynallı və Trino – səhnədəki çıxışları ilə finala əlavə rəng qatdılar.

Qeyd edək ki, Red Bull Dance Your Style yarışmasının Azərbaycandakı rəsmi tərəfdaşı Nar Mobile brendidir.
İndi isə bütün diqqətlər Los-Ancelesdə baş tutacaq Dünya Finalına yönəlib.
Qalibimizi təbrik edir, beynəlxalq arenada uğurlar arzulayırıq!

image-whatsapp-image-2025-08-15-at-14-09-52-3 image-whatsapp-image-2025-08-15-at-14-09-52-2 image-whatsapp-image-2025-08-15-at-14-09-52-1 image-whatsapp-image-2025-08-15-at-14-09-52 image-whatsapp-image-2025-08-15-at-14-09-51-2 image-whatsapp-image-2025-08-15-at-14-09-51-1

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki