Tibb Universitetində təhsil haqqı niyə artırılıb?

image-tibbackend

Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.

Bəs görəsən, artımın səbəbi nədir?

newsbaku.az Oxu.Az-a istinadən xəbər  verir ki, Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən bildirilib  ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb:

“Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb”.

Qeyd edək ki, artımın konkret səbəbi ilə bağlı sualımız cavabsız qalıb.

Xatırladaq ki, ATU-da təhsil haqlarının artırılması ilə bağlı ilk xəbər “Kaspi” qəzetində yayımlanıb.

 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki