Dövlət adından yaradılan PHŞ-lərə büdcə hesabına vəsaitlərin ödənilməsi qaydası dəyişdi

image-95lybvmiumul1pseaxqsvjgsrfqqc6buvpbhctb5-1backend

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

newsbaku.az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə bu qayda Azərbaycan Respublikasında dövlət adından yaradılan publik hüquqi şəxslərin dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Öncə bu bölməyə qaydanın 1.3-cü bəndində (Publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlər yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur) nəzərdə tutulan vəsaitlər də daxil idi.

Həmçinin 1.4-cü bənd 1.5-ci bənd hesab olunur və aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilir:

“Dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər”.

Eləcə də 2.1-1-ci bənd (Müqavilə bu qaydanın 1.3-cü bəndinə uyğun olaraq vəsait proqnozlaşdırıldıqdan sonra publik hüquqi şəxs tərəfindən cari ildə icra edilməsi nəzərdə tutulan, lakin icrası təmin edilməyən tədbirlər üzrə qalıq vəsait də nəzərə alınmaqla bağlanılır) ləğv edilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni publik hüquqi şəxsin və ya publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında, rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparır və maliyyələşdirilmiş vəsait müqavilə əsasında publik hüquqi şəxsin bank hesabına deyil, xəzinə hesabına köçürülür.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki