Polşa Azərbaycana yeni hərbi attaşe təyin etdi

image-dkbtzlqubqjoey5s0thxubqa2ahei01kqef22uma_1200backend

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib.

newsbaku.az xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin rəsmi “X” səhifəsində paylaşım edilib.

Məlumata görə, bu vəzifəyə polkovnik Arkadiuş Şlenjek təyin edilib.

“İyulun sonunda Polşanın Azərbaycandakı səfirliyində müdafiə məsələləri üzrə attaşe vəzifəsində dəyişiklik oldu. Polkovnik Robert Rusak Azərbaycandakı missiyasını başa vurub, onun səlahiyyətlərini isə polkovnik Arkadiuş Şlenjek üzərinə götürüb”, – deyə paylaşımda qeyd edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki