“Atletiko” yarımmüdafiəçisini Braziliya klubuna satıb

image-2202728572-0-1backend

İspaniyanın “Atletiko” klubu yarımmüdafiəçisi Samuel Linonu Braziliya təmsilçisi “Flamenqo”ya satıb.

newsbaku.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı braziliyalı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, S.Lino 2024/2025 mövsümündə meydana çıxdığı 47 matçda 4 qola, 8 məhsuldar ötürməyə imza atıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi. “Transfermarkt” portalı oyunçunun dəyərini 22 milyon avro qiymətləndirir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki