“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Petrokub”un baş məşqçisi Şota Makaradze Bakıda jurnalistlər önünə çıxmayacaq.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında “Sabah” klubunun mətbuat katibi Elnur Həmidov bildirib.
Belə ki, gürcüstanlı mütəxəssisin cavab oyunu öncəsi mətbuat konfransı vaxt məhdudiyyətinə görə keçirilməyəcək:
“Rəqib komanda bu gün Bakıya gec çatacaq. Hotelə yerləşib, birbaşa məşqə gələcəklər. “Petrokub”un oyun öncəsi məşqi isə bu gün saat 20:00-da “Bank Respublika Arena”da olacaq”.
Qeyd edək ki, “Sabah” – “Petrokub” görüşü iyulun 31-də saat 20:00-da “Bank Respublika Arena”da oynanılacaq. “Sabah” ilk matçda 2:0 hesabı ilə Moldova komandasını məğlub edib.
newsbaku.az