Viktor Osimhen “Qalatasaray”la imza üçün İstanbula yola düşdü

image-1200-1backend

Nigeriya millisinin hücumçusu Viktor Osimhen “Qalatasaray”la müqavilə imzalamaq üçün İstanbula yola düşüb.

newsbaku.az xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkə hesabından paylaşım edib.

Viktor Osimhen paylaşımında “Qalatasaray” loqosu və şir şəkili paylaşaraq azarkeşlərə mesaj ötürüb.

O, bundan başqa təyyarəyə minərkən də videosunu paylaşıb.

Qeyd edək ki, “Qalatasaray” Viktor Osimhen üçün “Napoli” klubuna 75 milyon avro ödəyəcək.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki