UEFA Çempionlar Liqası: “Qarabağ” – “Şelburn”la üz-üzə

image-qarabag-1-1024x683-1backend

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün növbəti mərhələyə yüksəlmək uğrunda İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gələcək.

newsbaku.az xəbər verir ki, səfərdən 3:0 hesablı qələbə ilə ayrılan təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə meydana saat 20:00-da çıxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Şelburn” (İrlandiya) cütünün qalibi növbəti mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

30 iyul

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

Saat 20:00, “Qarabağ” – “Şelburn”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki