Şamaxıda şərab zavodunda YANĞIN

image-izobrazhenie_2025-07-30_112637283backend

Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

newsbaku.azın məlumatına görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 116-cı kilometrliyində ümumi sahəsi 4 500 m² olan fəaliyyət göstərməyən şərab zavodunun dam örtüyünün yanar konstruksiyaları 1 500 m² sahədə və içərisində həcmi 20 ton olan taxtadan ibarət 10 ədəd çəllək yanıb.

Bildirilib ki, zavodun və çəlləklərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki