Türkiyə mediası Azərbaycan qazının Suriyaya tədarük ediləcəyi tarix barədə yazdı

image-izobrazhenie_2025-07-24_130612173backend

Azərbaycan təbii qazı 2025-ci il avqustun 1-dən Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya nəql ediləcək.

newsbaku.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.

İlkin mərhələdə 1.2 milyard kubmetr Azərbaycan qazından Suriyanın Hələb və Homs əyalətlərində elektrik enerjisi istehsalı üçün istifadə olunacaq.

Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycanın həyata keçirdiyi layihə Suriyanın dağılan elektrik infrastrukturunu canlandıracaq, eyni zamanda Türkiyənin regional enerji mərkəzi kimi varlığını bir daha təsdiq etmiş olacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki