Saakaşvili Trampın Azərbaycana münasibətindən yazdı: “Təsadüfi deyil”

image-izobrazhenie_2025-08-15_143632455backend

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibəti barədə fikrini bildirib.

newsbaku.az-ın xəbərinə görə, bununla bağlı o, öz “Facebook” hesabında paylaşım edib.

“2012-ci ildə Donald Tramp Batumidə “Tramp Tower”in tikintisinə başladı.

2013-cü ildə İvanişvili tikintini dayandırdı və bütün bunları görən Azərbaycan 2013-cü ildə Bakıda tez bir zamanda “Tramp Tower”i inşa etdi.

Təsadüfi deyil ki, ABŞ Prezidenti Azərbaycana qarşı xüsusi dost münasibəti göstərir”, – deyə o, paylaşımda yazıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki