Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Volodimir Zelenski ilə korrupsiyaya qarşı mübarizə tədbirlərini, o cümlədən Ukraynanın Milli Antikorrupsiya Bürosunun (UMAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (İAP) müstəqilliyini faktiki olaraq ləğv edən qanunu müzakirə etməyi planlaşdırırlar.
newsbaku.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius Merts və Makronun Berlindəki Borziq villasında üç saatlıq danışıqlarından sonra jurnalistlərə bildirib
Almaniya hökumətinin nümayəndəsinin sözlərinə görə, Avropa liderləri, həmçinin Ukraynadakı hərbi vəziyyəti və Kiyevə gələcək hərbi dəstəyi ətraflı müzakirə ediblər. O, təfərrüatı açıqlamayıb.
Zelenski çərşənbə axşamı Ali Radanın qəbul etdiyi, UMAB və İAP-ın müstəqilliyini faktiki olaraq ləğv edən qanunu imzalayıb ki, bu da Kiyev və ölkənin digər böyük şəhərlərində etirazlara səbəb olub. İyulun 23-də artıq qüvvəyə minmiş qanuna əsasən, Ukraynanın baş prokuroru SAP prokurorlarının rəhbəri olur ki, bu da praktiki olaraq antikorrupsiya prokurorluğunu onun tabeçiliyinə keçirir və UMAB-ın apardığı işlərə təsir göstərir. Bundan əlavə, qanun UMAB-dan işlərin digər orqanlara ötürülməsinə qadağanı ləğv edir və baş prokuror indi UMAB-ın işlərini digər prokurorlara verə biləcək. Ukrayna KİV-inin qeyd etdiyi kimi, qəbul edilmiş qanun UMAB-a, həmçinin Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyin işinə əsas təsir göstərəcək.
newsbaku.az