“Marsel” və “Feyenoord” transferlə bağlı razılığa gəlib

image-izobrazhenie_2025-07-29_114337935backend

Fransanın “Marsel” və Niderlandın “Feyenoord” klubları İqor Payşanın transferi ilə bağlı razılığa gəliblər.

newsbaku.az “L’Equipe”ə istinadən xəbər verir ki, transferin dəyəri bonuslarla birlikdə 35 milyon avro təşkil edəcək.

Sövdələşmənin yaxın günlərdə tamamlanacağı gözlənilir.

Qeyd edək ki, 25 yaşlı braziliyalı vinger “Feyenoord”un heyətində ötən mövsüm meydana çıxdığı 47 matçda 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki