Şamaxıda zəncirvari QƏZA: Ölən var

image-oxuy-azbackend

Bu gün saat 13 radələrində Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, “Ford Transit” avtomobili yolun kənarında dayanan “Niva”, daha sonra isə “VAZ-2107” avtomobillərinə dəyib.

Nəticədə VAZ-ın sərnişini, hadisə zamanı nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki