Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Araz Supermarket” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
newsbaku.az-ın xəbərinə görə, bu barədə “Report”a agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta kimi qiymətləndirilib.
newsbaku.az