Mişustin Paşinyanla görüşüb

image-4cgvprfdqr7vpg6mtwbp4i9n6iifca5iznccndf4_1200backend

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

newsbaku.az TASS-a istinadən xəbər verir ki, Rusiya tərəfdən danışıqlarda, həmçinin baş nazirin müavini Aleksey Overçuk, hökumət aparat rəhbərinin müavini Elmir Taqirov, xarici işlər nazirinin müavini Andrey Rudenko və iqtisadi inkişaf nazirinin müavini Vladimir İlyiçev də iştirak ediblər.

Ermənistan tərəfdən isə baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, ətraf mühit naziri Ambartsum Matevosyan, Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurqen Arsenyan və baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan iştirak ediblər.

Qeyd edək ki, Nikol Paşinyan Beynəlxalq Ekoloji Konfransda iştirak etmək üçün Rusiyaya ikigünlük səfərə gəlib. Konfrans iyulun 25-də “Manjerok” (Altay Respublikası) daimi mövsümi istirahət mərkəzinin ərazisində baş tutacaq. Bu gün (24 iyul) isə baş nazirlər ikitərəfli formatda söhbət ediblər.

Mişustinlə Paşinyan arasında əvvəlki təmaslar iyunda telefon danışığı formatında baş tutub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki