Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turnirinə start verilib.
newsbaku.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq.
Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparacaq cüdoçularımızdan Balabəy Ağayev yarışa 1/8 final mərhələsindən qoşulacaq. O, Konstantin Simeonidis (BƏƏ) – Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə gücünü sınayacaq.
Turan Bayramov da (60 kq) 1/8 final mərhələsində Sumiyabazar Enxtayvan (Monqolustan) – Yuantao Van (Çin) cütünün qalibi ilə görüşəcək.
66 kq çəki dərəcəsində çıxış edəcək Elşən Əsədov isə 1/16 final mərhələsində Cantsandorj Unurbat (Monqolustan) ilə yarışacaq.
newsbaku.az