İqtisadiyyat naziri Mikayıl Cabbarov “VISA” şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.
newsbaku.az xəbər verir ki, bu barədə nazir öz “X” hesabında paylaşım edib.
“Görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin KOB-lara dəstək mexanizmləri barədə fikir mübadiləsi apardıq. Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə şirkət arasında imzalanan anlaşma memorandumu ölkəmizdə müasir maliyyə həllərinin genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət edəcək”.
newsbaku.az